Sərginin mühüm tərəfləri

Sərginin mühüm tərəfləri

4 i̇yun 2024 0000

MIGEXPRESS şirkəti ABŞ-dan dünyanın istənilən nöqtəsinə logistik hava daşımaları işə məşğul olur. Biz istənilən yüklərin daşınmasını həyata keçiririk, Azərbaycan üçün isə bu, əsasən neft-qaz sənayesi avadanlıqlarıdır. Həcmə gəlincə, əsas məqsədimiz onu artırmaqdır. Buna görə də şirkətimiz bu böyük sərgidə iştirak edir. Yeri gəlmişkən, biz ilk dəfədir, Azərbaycanda keçirilən sərgidə iştirak edirik. Sektorda fəaliyyət göstərən bir çox şirkətləri burada görmək sevindiricidir.

MIGEXPRESS neft-qaz sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə birbaşa əməkdaşlıq edir. Biz bura neft-qaz avadanlıqları üçün ehtiyat hissələri gətiririk. Amerikadan yüklərin göndərilməsi üzrə xidmət göstərən şirkət olaraq bəzi yerli logistika şirkətləri ilə də əməkdaşlıq edirik.

Sıx əməkdaşlıq etdiyimiz müxtəlif aparıcı neft-qaz şirkətlərinin bir platformada təmsil olunduğu bu sərgidən gözləntilərimiz yüksəkdir. Lakin bizim əməkdaşlığımız Azərbaycan bazarını əhatə etmir. Buna görə də biz bu regionda işləmək üçün birbaşa xarici şirkətlərin Azərbaycandakı filialları ilə əlaqələr qurmağı planlaşdırırıq.

“TransLogistika” Beynəlxalq Sərgisinin keçirilməsi bu sahənin bütün iştirakçıları üçün mühüm addımdır. Potensial müştərilər və biznes tərəfdaşları ilə eyni platformada görüşmək imkanı heç də hər zaman ələ düşmür. Maraqlısı budur ki, müəyyən şirkətlər haqqında məlumatımız olsa da, bəzən onlarla əlaqə qura bilmirik. Bu cür tədbirlər isə bütün sərhədləri aradan qaldıraraq sərgini hamı üçün əlçatan edir.

İqor Mixaylov, MIGEXPRESS şirkətinin icraçı meneceri


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN