1992-ci ildə Latviyada əsası qoyulmuş SIGIS şirkəti dəmir yolu nəqliyyatı üçün informasiya xidmətləri və informasiya texnologiyaları təqdim edir.
Beynəlxalq Nəqliyyat, Tranzit, Logistika sərgisində ilk dəfədir iştirak edirik. Sərgiyə 2 məhsulla qatılmışıq: təxminən 10 yaşı olan vaqonları və konteynerləri izləmək üçün məlumat sistemi (Railwagon location), həmçinin logistika şirkətlərinin fəaliyyəti üçün avtomatlaşdırılmış idarəetmə sistemi (ASUP). ASUP proqramı yenidir və dəniz blokları da daxil olmaqla dəmir yolu logistikası üçün nəzərdə tutulub.
Biz Bakı sərgisini təsadüfən seçməmişik. Məsələ burasındadır ki, hazırki geosiyasi vəziyyətdə Azərbaycanın rolu artmaqdadır. Ölkə Rusiyadan yan keçən “Şərq-Qərb”, habelə Şimal-Cənub” tranzit dəhlizinə çevrilir. Gələcəkdə, eşitdiyimə görə, Naxçıvandan yeni xətt keçəcək. Buna görə də SIGIS şirkəti öz məhsullarını “Translogistica Caspian” sərgisində təqdim etmək qərarına gəlib.
Bakıya gəlmək və potensial tərəfdaşlarla şəxsən görüşmək gözəl imkandır! Canlı ünsiyyətdə məlumatın həcmi həmişə daha çox olur və biz müştərinin nəyə ehtiyac duyduğunu öyrənmək imkanı əldə edirik. Bildirmək istəyirəm ki, sərginin cəmi bir günü ərzində biz 10 yerli şirkətlə əməkdaşlıq haqqında razılıq əldə etmişik. Buna görə də belə ixtisaslaşmış tədbirlərin keçirilməsi zəruridir. Buraya dünyanın hər yerindən çoxlu sayda şirkətlər gəlir. Müştəri müəyyən xidmət növləri ilə maraqlanırsa, bir platformada onlarla tanış ola bilər. Sərgilər şirkətlər üçün də faydalıdır. Şirkətlər potensial müştərilərlə ünsiyyət qurur, onların nəyə ehtiyac duyduğunu anlayır və bazarın miqyasını təhlil edir, Axı sadəcə təhlil vasitəsilə tam məlumat əldə etmək mümkün deyil.
Sərginin şirkətimiz üçün nəticələrini nəzərə alaraq əminliklə deyə bilərəm ki, biz bundan sonra da xidmətlərimizi bu beynəlxalq platformada təqdim etməyi planlaşdırırıq.
Nikolay Mandrukeviç, SIGIS şirkətinin inkişaf üzrə direktoru