Şirkətimizin 153 şəhərdə 275 ofisi mövcuddur!
31 may 2023
0000
Emil İmamov, “CJ ICM Logistics”in Azərbaycandakı nümayəndəliyinin rəhbəri:
“CJ ICM Logistics” 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Koreya-Türkiyə birgə müəssisəsidir. “CJ ICM Logistics” 41 ölkədə nümayəndəiyi ilə beynəlxalq logistika üzrə aparıcı xidmət təminatçısıdır. Şirkət 153 şəhərdə 275 ofislə təmsil olunur və layihə logistikası üzrə ixtisaslaşmışdır. Özümüzə məxsus qaldırıcı və nəqliyyat avadanlığımız var.
Sentyabr ayında şirkətimizin yaranmasından 20 il ötür, bununla əlaqədar biz ilk dəfə TransLogistica Caspian sərgisində iştirak etmək qərarına gəldik. Məqsəd yeni biznes tərəfdaşları tapmaq və mövcud əlaqələri gücləndirməkdir. Sərgidə işgüzar, eyni zamanda çox müsbət ab-hava hökm sürür ki, bu da yeni əlaqələrin qurulmasına töhfə verir. Ümid edirəm ki, bu iştirak təkcə imkanlarımızı nümayiş etdirmək baxımından deyil, həm də fəaliyyətimizin genişləndirilməsi baxımından faydalı olacaqdır.