"BAŞBOGA", sənaye çadırlarının istehsalı sahəsində bir etalona çevrilmişdir, belə ki, şirkət hazırladığı hər bir məhsulda mükəmməllik və yeniliyi təmin edir. Şirkətimiz özündə dizayn sənətini və texnoloji inkişafı birləşdirir və bununla da tədbirlərdən tikinti və aviasiyaya qədər ən tələbkar sahələrin gözləntilərini belə aşan həllər təklif edə bilir. Dayanıqlılığı, funksionallığı, hava şəraitinə davamlılığı və vizual cəlbediciliyi ilə seçilən çadırlar yaradan "BAŞBOGA", müştərilərinə gözəllik və praktikliyin birləşdiyi məkanlar haqqında xəyallarını reallaşdırmağa imkan verir. Stendimizə yaxınlaşan və məhsulumuzla maraqlanan hər kəsi bütün suallara cavab verməyə və bir fincan qəhvə təklif edərək istehsal prosesi haqqında daha ətraflı məlumat verməyə hazır olan səlahiyyətli heyət gözləyir.
BAŞBOĞANIN unikallığı təcrübə, peşəkarlıq və yaxşı əlaqələndirilmiş komanda işinin məcmusudur, bütün üzvləri qarşıya qoyulmuş vəzifələri aydın şəkildə yerinə yetirirlər. Bizimlə işləməkdə olan hər bir müştərimiz özünü özəl hiss edir, çünki biz onların istədiklərinin son nəticə ilə uyğunluğuna zəmanət veririk və istənilən sorğuya lazımi diqqətlə yanaşırıq. Biz həm ən kiçik, həm də ən böyük "açar təslim" layihələrini həyata keçirə bilərik. Tərəfdaşlarımızın sayı çox olduğuna görə əlavə avadanlıq təklif edə bilərik, məsələn: soyutma və havalandırma sistemi, elektrik işıqlandırması, yanğın siqnalizasiya və təhlükəsizlik sistemləri və s. Yeniliklərin ardından gedərək biz daim təkmilləşirik və iş prosesinə yeni meyllər gətiririk. Beləliklə, istehsalda istifadə olunan çadır materialları fabrikimizdə hazırlanır və odadavamlı bir örtüyə malikdir, bunun sayəsində birbaşa atəş altında da alovlanma ehtimalı istisna olunur. Hər bir təklifimizdə opsional qalvanizasiya mövcud olduğuna görə metal konstruksiyalarımızın xidmət müddəti məhdudiyyətsiz olur. Bütün bunların işığında BAŞBOĞANIN Azərbaycan bazarına təqdim edəcəyi çox şey var.
İxtisaslaşmış sərgilər bütövlükdə iştirakçıları üçün böyük imkanlar yaradır, yeni başlayanlara özlərini nümayiş etdirməyə, artıq tanınmış şirkətlərə isə öz statuslarını bir daha təsdiqləməyə kömək edir. Şübhəsiz ki, bu sərgidə iştirak etmək bizim üçün çox maraqlı və mühüm hadisədir; biz ilk dəfədir ki, Azərbaycan bazarına daxil oluruq və iştirakımızdan gözləntilər həqiqətən yüksəkdir. Bizim vəzifəmiz yeni tərəfdaşların diqqətini cəlb etmək və Azərbaycanda bu seqmentdə liderlik etməkdir. Arxamızda 50 illik təcrübə ilə müştərimizə hansı həll yolu təklif edəcəyimizi və ilk baxışdan inanılmaz gələn layihələri necə həyata keçirəcəyimizi bilirik. Söhbət çadırdan gedirsə, mütləq "BAŞBOGA" olmalıdır
Ozan Başboga-"BAŞBOGA" şirkətinin direktoru