Sərgi hər zaman bizim üçün əhəmiyyətli və məhsuldar olub

Sərgi hər zaman bizim üçün əhəmiyyətli və məhsuldar olub

2 i̇yun 2026 0000
Elşad Namazov -  Abşeron Logistika Mərkəzi-nin Marketinq və Kommunikasiya Əlaqələri Departamentinin müdiri.

Abşeron Logistika Mərkəzi 2018-ci ilin avqustun 13-də açılıb. Açılış mərasimində cənab Prezident İlham Əliyev də iştirak edib. Mərkəz 65 haktar ərazidən ibarətdir. Quru liman hesab olunur, ərazi gömrüklü ərazidir. Burada bütün növ logistik xidmətlər göstərilir: beynəlxalq daşımalar, daxili daşımalar, ambar xidmətləri. Bütün xidmətlərimiz vahid pəncərə sistemi ilə tətbiq olunur.

Hər il sərgilərdə iştirak edirik. Baxmayaraq ki,  əsasən logistika sektorunda fəaliyyət göstəririk, keçən ilki sərgidən sonra yeni layihələrimiz olub. Bizim ərazidə Yeni Biznes Park layihəsini istifadəyə vermişik. Bu ilk olaraq Özəl Sənayə Məhəlləsidir. 20 hektarlıq ərazidə inşa olunub və artıq bir rezidentimiz də var. Növbəti rezidentlərin də cəlb olunması istiqamətində işlər gedir. Bu Özəl Sənayə Məhəlləsinin üstünlükləri ondan ibarətdir ki, orada istehsal və emal şirkətlər yerləşirlər. Onlar üçün infrastrukturu biz yaradırıq onlar isə avadanlıqlarını ora gətirib istehsala başlayırlar. İdxal, ixrac əməliyyatları onlar üçün daha rahat olur. Çünki nəqliyyat xərcləri etmədən öz  mallarını  birbaşa logistik mərkəzindən  xaricə göndərə bilirlər. Əlavə olaraq Dövlət tərəfindən onlara vergi ilə güzəştlər tətbiq olunur. Buna böyük maraq var. Bu Biznes Park layihəsi artıq fəaliyyətə başlayıb.


Abşeron Logistika Mərkəzi demək olar ki, Qafqaz regionu üzrə ən iri,quru limanlarında biridir, bu baxımından da  bu cür sərgidə bizim üçün iştirak etmək çox önəmlidir. Biz ölkəmizin də iqtisadiyyatına töhvə verən şirkətlərdən biriyik. Logistikaya maraq artır. Bildiyiniz kimi Orta dəxlizlə gələn yüklərin böyük hissəsi bizim Mərkəzə gəlir. “Bir kəmər – bir yol” layihəsində də Siyandan gələn ilk qatar bizim mərkəzə gəlib. İlk ixrac da Qazaxstan üzərindən Çinə bizim Mərkəzdən yola salınıb. Cənab prezident onlayn qoşularaq bu prosesi şəxsən izləyib. Məhz buna görə də biz Orta Dəxliz vasitəsilə  və ordan gələn yüklərin tranzit vasitəsilə Avropa ölkələrinə göndərilməsində  çox maraqlıyıq.

Sərgi hər zaman bizim üçün əhəmiyyətli və məhsuldar olub. Artıq birinci gün bura gələn çin şirkətləri ilə və digər ölkələrin nümayəndələri ilə çox sıx görüşlər keçirilib və danışıqlar aparılıb. Sərgidən sözsüz ki yeni əməkdaşlıqlar gözləyirik. Bu bizim üçün çox önəmlidir. 
 
 

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN