Aleks Drozdov, P&O Maritime Logistics, Xəzər regionu və yük daşımaları üzrə direktor:
"P&O Maritime Logistics" 90-cı illərdən Azərbaycan bazarında təmsil olunan Dubay şirkətidir. Şirkət dəniz enerjisi, liman xidmətləri və logistikanı strateji diqqət mərkəzində saxlamaqla dəniz həlləri üzrə aparıcı təchizatçıdır. Xəzərdə ən böyük donanmalardan biri bizə məxsusdur.
"TransLogistica Caspian" sərgisində iştirakın məqsədi rebrendinqlə bağlıdır. Beləliklə, "P&O Maritime Logistics" şirkəti 2019-cu ildə "DP World" qrupu tərəfindən "Topaz Energy and Marine" şirkətinin satın alınmasından və sonradan onun "P&O Maritime" şirkətinə inteqrasiya edilməsindən sonra quruldu.
Azərbaycanda "P&O Maritime Logistics" başqa adlarla tanınır, ona görə də biz bu gün "görünürlüyə", yəni, yeni brendin tanınmasına nail olmağa çalışırıq. Sərgi bizə bu istiqamətdə kömək etməlidir. Əlbəttə ki, sərginin nəticələrinə əsasən yeni tərəfdaşlar yaranacaq, lakin əsas məqsəd hələ də görünürlüklə bağlıdır.