Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində 25 aprel saat 12:00-da saat 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında Mais Ağayev - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri, Fərid Məmmədov – “Iteca Caspian” şirkətinin icraçı direktoru, Səbinə Rzayeva – sərgi meneceri iştirak ediblər.
Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 28 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: AzTv, Lider, ATV, ARB, ITV, TREND, Azertag, Report və s.