Avstriya parlamentinin deputatları Milli Məclisdə olublar

Avstriya parlamentinin deputatları Milli Məclisdə olublar

6 i̇yul 2017 0000

İyulun 6-da Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin deputatları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, dostluq qrupları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti xüsusilə qeyd olunub.

Cavid Qurbanov qonaqlara Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektləri atəşə tutması haqqında məlumat verib. Bildirib ki, düşmən təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi öldürülüb, bir nəfər yaralanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN