“Bakı Limanı Qərb və Şərqi, Şimal və Cənubu birləşdirən körpüdür”

“Bakı Limanı Qərb və Şərqi, Şimal və Cənubu birləşdirən körpüdür”

7 i̇yun 2024 0000
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qərb və Şərq arasında yükdaşımalarda mühüm rol oynayan
dövlət qurumudur. Limanın tikintisinə 2014-cü ildə Ələt qəsəbəsində başlanılıb və birinci mərhələ
2018-ci ildə başa çatdırılıb.
“Port Baku” həm də böyük logistika mərkəzidir. Hər il Asiyadan Avropaya və əks istiqamətdə
yükdaşımaların əsas hissəsi Azərbaycan vasitəsilə həyata keçirilir. Bu isə yeni iş yerləri və ölkəyə
vəsait axını deməkdir.
Daşımaların statistikası hər il artır. Əgər 2018-ci ildə 3 milyon tondan çox yük daşımışıqsa, 2023-cü
ildə bu göstərici 7,3 milyon tona çatıb ki, bu da investisiyaların faydalı olmasından xəbər verir.
Qeyd etmək lazımdır ki, Bakı Limanı Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayır.
Belə ki, yüklər əvvəlcə bizə gətirilir, burada paylanaraq təyinat yerlərinə göndərilir. Məsələn, Çindən
bizə 45 yük konteynerindən ibarət qatar gəlir. Burada konteynerlər bölüşdürülür: onların bir hissəsi
İtaliyaya, bir qismi İspaniyaya, digər hissəsi isə Türkiyəyə göndərilir.
Dünyada baş verən geosiyasi dəyişikliklər və müharibələr fonunda Rusiya ilə Ukrayna arasında
yükdaşımalara tətbiq edilən sanksiyalar səbəbindən “Port Baku”nın əhəmiyyəti artıb.
100 000 TEU ekvivalentində konteyner sahəmiz var ki, bu da region üçün böyük göstəricidir. Bakı
Limanının əməkdaşları faydalı təcrübə əldə etmək üçün mütəmadi olaraq digər ölkələrin limanlarına
səfərlər edir, onların iş prinsiplərini və logistika səviyyəsini öyrənirlər. Buna görə də əminliklə deyə
bilərik ki, limanımız regionun ən müasir limanıdır. Gələcəkdə beşulduzlu logistika mərkəzi tikməyi
planlaşdırırıq.
Bakı Limanının illik yükaşırma qabiliyyəti 15 milyon ton və 100 000 TEU ekvivalentində konteynerdir.
Prezident İlham Əliyevin tapşırığı ilə tikintinin ikinci mərhələsinə başlamaq qərara alınıb ki, bu işlər
tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 25 milyon tona və 500 000 TEU ekvivalentində
konteynerə çatdırılacaq. Sual yarana bilər: konteyner daşımalarına niyə bu qədər diqqət ayrılır?
Məsələ burasındadır ki, dünyada yük daşımalarının gələcəyi rahat və təhlükəsizlik olması
səbəbindən məhz konteynerlərlə bağlıdır.
“Port Baku” 2019-cu ildən etibarən Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq “Yaşıl Liman”
statusuna layiq görülüb. 2021-ci ildə sertifikat yenilənib. Dənizə axıdılan çirkab suyun minimuma
endirilməsi məqsədilə 2019-cu ildə avadanlıq quraşdırılıb, ərazidə avtomobillərin hərəkəti minimuma
endirilib. Limanda dizel ilə deyil, elektrik enerjisi ilə işləyən 9 müasir portal kranı var. Ötən ildən biz
elektriklə çalışan avtoyükləyicilərdən istifadə edirik, dizel avtomobilləri isə karbon emissiyalarını
azaldan xüsusi qarışıqlarla işləyir. Bundan başqa, texniki su qismində yağış suyundan istifadə edirik.
2021-ci ildən etibarən Bakı Limanı BMT-nin DİM-lərinə qoşulan ilk dövlət təşkilatıdır. Biz 2035-ci ilə
qədər atmosferə atılan zərərli qazların emissiyasını sıfıra endirməyi planlaşdırırıq. Liman ətrafında
yerləşən adalarda su hövzələrinin təmiz saxlanmasına, bitki və heyvan aləminin qorunmasına və
inkişafına da böyük diqqət yetiririk. Bunun sayəsində burada qışlayan flaminqo sürülərini müşahidə
edə bilərik. Bundan əlavə, “Port Baku” ətrafında 70-dən çox quş növü yaşayır, Gil adasında isə
dovşanları, qağayıları görmək olar. Təbiətin mühafizəsi əsas məqsədlərimizdən biridir.
Bakı Limanı Azərbaycanda keçirilən logistika sərgilərində iştirak etməklə yanaşı, beynəlxalq
tədbirlərə də maraq göstərir. Bizim təşkilat yenidir, infrastrukturumuz isə Avropa ilə müqayisədə çox
gəncdir. Buna görə də belə ixtisaslaşmış sərgilər beynəlxalq logistika şirkətlərinə, eləcə də yük
sahiblərinə infrastrukturumuzun üstünlüklərini birbaşa nümayiş etdirməyə imkan verir.
Elmar Həbibli, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mətbuat xidmətinin rəhbəri

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN