Urumçi (Çin) şəhərindən Neapol (İtaliya) şəhərinə yola düşən yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək.
chinadaily.com saytının xəbər verdiyi kimi, 44 konteynerdən ibarət, pomidorlarla yüklənmiş qatar, fevralın 26-da yola çıxıb, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək İtaliyanın Neapol şəhərinə gedəcək.
Qatar 10 min 500 kilometrlik məsafəni 25 gün müddətində keçəcək. Cari ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 1400 konteyner göndərilməsi planlaşdırılır.