Albert Abdullayev, Türkmənbaşı Beynəlxalq Dəniz Limanında Marketinq şöbəsinin baş mütəxəssisi
– Bu ilin may ayında açılan Türkmənbaşı Beynəlxalq Dəniz Limanı yüksək nəqliyyat potensialına malik çoxprofilli sahilyanı infrastrukturdur. Yeni limanın illik buraxılış gücü 17-18 milyon ton təşkil edir. 1 milyon 400 min kvadrat metrdən böyük ərazidə yüklərin saxlanması üçün qapalı və açıq anbarları olan bərə, sərnişin və konteyner terminalları var.
Biz yükdaşıma sahəsində çalışan bütün maraqlı təşkilatlara yeni Türkmənbaşı Beynəlxalq Dəniz Limanını təqdim etmək, yüklərin saxlanması və ötürülməsi üzrə limanın imkanları, onun terminallar haqqında məlumat vermək məqsədilə sərgidə iştirak edirik. Biz loqistika şirkətləri və xüsusilə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi digər limanlarla əməkdaşlıq etmək niyyətindəyik. Yükdaşıma şirkətləri, yüklərin daşınması üzrə assosiasiyalar və digər maraqlı təşkilatların nümayəndələrini stendimizdə görmək istərdik.
Bütün sərgilərə müsbət yanaşırıq, öz təşkilatınızın imkanlarını nümayiş etdirmək və faydalı əlaqələr qurmaq üçün onları əla imkanı hesab edirik.