Biz Azərbaycana gəldiyimizə görə həmişə məmnunuq

Biz Azərbaycana gəldiyimizə görə həmişə məmnunuq

1 i̇yun 2022 0000

Alexander Dorogin “MTZ TRANSMASH” ASC-nin Marketinq şöbəsinin müdir müavini

Fabrikimizin yüz ildən çox yaşı var. O, dəmir yolu və metro vaqonları üçün əyləc sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. Şirkət bütün növ yük və sərnişin vaqonları, lokomotivlər və yeraltı qatarlar üçün əyləc sistemlərini hazırlayır və istehsal edir.

Müəssisənin ideyası xaricdən gətirilən əyləc sistemlərinin istifadəsindən uzaqlaşmaq və tamamilə yerli istehsal olan əyləc sistemlərinə keçmək istəyinə əsaslanırdı. MDB ölkələrinin, Latviya, Litva, Estoniya, Asiya, Afrika və Latın Amerikasının bir sıra ölkələrinin dəmir yolu və metropolitenlərinin təxminən 2 milyon vaqonu əyləc qurğularımızla təchiz olunub.

“TransLogistica” sərgisinə gəlincə isə, biz həmişə Azərbaycana böyük məmnuniyyətlə gəlirik və bu tədbirdə iştirak edirik. Həmişə olduğu kimi, onun yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdim. Sərgidən gözləntilərimiz həmişə olduğu kimidir: həmkarlarla ünsiyyət və əlaqə yaratmaq.

Azərbaycanlı həmkarlarımızla daim əlaqə saxlayırıq. Onlar sonuncu dəfə pandemiyadan öncə, üç il əvvəl böyük bir nümayəndə heyətinin tərkibində gəlmişdilər. İyunun 2-də o cümlədən Azərbaycan Dəmir Yolları QSC-nin rəhbərliyi də daxil olmaqla üç görüşümüz var . Biz hər zaman geniş spektrli işlərdə, o cümlədən seriyalı istehsal, çatdırılma və s. üzrə əməkdaşlığa hazırıq.

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN