Biz Azərbaycanda tərəfdaş axtarırıq

Biz Azərbaycanda tərəfdaş axtarırıq

14 may 2015 0000

Andrey Fedotov, Jenoptik” şirkətinin regional satış üzrə direktoru

- Almaniyanın “Jenoptik Robot” şirkəti sürət rejiminə səyyar və stasionar nəzarət sistemlərinin istehsalçısıdır. Biz Beynəlxalq “TransCaspian” sərgisində ilk dəfə iştirak edirik. Bizim stenddə bir sıra yeni məhsullar, xüsusilə də yol hərəkəti qaydalarının pozulmasının müəyyən edilməsi üzrə yeni nəsil avtomatik foto-radar kompleksləri nümayiş olunur. Bu kompleks müasir rəqəmsal kamera ilə təchiz edilmiş və sürət həddinin aşılmasına yüksək səmərəli və etibarlı nəzarəti həyata keçirmək üçün nəzərdə tutulub.

Əsas məqsədimiz Azərbaycanda bizimlə əməkdaşlıq edə biləcək potensial tərəfdaşlar tapmaqdır. Biz artıq bir sıra maraqlanan sərgi ziyarətçiləri ilə danışıqlar aparmağa nail olmuşuq və onların arasında bu sahə üzrə bir çox şirkət və təşkilatların nümayəndələri də var.

Həmçinin, mən sərginin yüksək təşkilati səviyyəsini və ziyarətçilər arasında kifayət qədər peşəkarın olmasını qeyd edə bilərəm. Ziyarətçilərin əksəriyyəti həqiqətən də birgə fəaliyyətə maraq göstərir, peşəkar suallar verir və gələcək əməkdaşlığa hazırlıq nümayiş etdirirlər.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN