Biz loqistika üzrə innovativ həll variantları təklif edirik!

Biz loqistika üzrə innovativ həll variantları təklif edirik!

12 i̇yun 2018 0000

Vaynius Kaunietis, “Arijus” şirkətinin icraçı direktoru

– “Arijus”  Litvanın ən böyük yükdaşıma şirkətlərindən biridir və ölkədə konteyner daşımalarının qurucusudur. “Arijus” şirkəti bu gün dəniz, avtomobil və dəmir yolu ilə daşımalar, eləcə də kombinə edilmiş yükdaşıma, qapıdan qapıya çatdırılma, təhlükəli və kiçik həcmli yüklərin daşınması, anbar və digər xidmətləri həyata keçirir.

Biz iki il bundan əvvəl Bakıda keçirilən sərgidə ziyarətçi kimi iştirak etmişik, bu gün isə ayrıca stendlə burada iştirak edirik və şirkətimizi Azərbaycan bazarında tanıtmaq istəyirik. “Arijus” şirkətinin innovativ həll variantları şəhər və region üçün əhəmiyyətlidir: müəssisə bir sıra əsas dəniz nəqliyyat şirkətlərini Klaypeda limanına cəlb edib, Litvada ilk yaxın gəmiçilik xətini açıb, servis qatar anlayışını yaradıb və sınaq daşınmasını həyata keçirib. Biz şirkətin qabaqcıl təcrübəsini Azərbaycan bazarına gətirməyə hazırıq. Şirkət Avropadan MDB ölkələrinə, o cümlədən Azərbaycana yükdaşımalar üzrə  nəqliyyat xidmətləri təklif edə bilər. Biz Klaypeda, Riqa və Tallin kimi Baltikyanı limanlar vasitəsi ilə Avropadan təchizat dəhlizindən istifadənin faydalarını nümayiş etdirmək istəyirik.

Bizim fikrimizcə, Bakıda keçirilən sərgi kifayət qədər kompaktdır. Buna baxmayaraq, biz artıq burada bir sıra maraqlı görüşlər keçirmişik və müsbət nəticələrə ümid edirik. Burada bizi daha çox qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istədiyimiz Avropadan Azərbaycana yük idxalatçılar və ixracatçılar, eləcə də böyük loqistika şirkətləri maraqlandırır.


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN