BTQ ilə daşınan yüklər artıb

BTQ ilə daşınan yüklər artıb

4 mart 2021 0000

Hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan Mersinə istiqamət götürən 30 konteyner yoldadır.

“ADY Konteyner”-dən ABC.AZ-a daxil olan məlumata görə, 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı limanına gətiriləcək.

Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatdırılacaq.

Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb.

Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN