Nino Kapanadze, “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin marketinq üzrə mütəxəssisi
– Şirkətimiz ötən il “TransCaspian” sərgisində iştirak edib və biz əldə etdiyimiz nəticələrdən çox razı qalmışdıq. Belə ki, biz dünyanın müxtəlif ölkələrindən maraqlanan ziyarətçilərlə səmərəli görüşlər keçirmiş, yeni əlaqələr, o cümlədən əməkdaşlıq əlaqələri qurmuş və tərəfdaş şirkətlər şəbəkəsini genişləndirmişik.
Bu dəfə isə ekspozisiya çərçivəsində bizim stenddə şirkətimizin istər şərq, istərsə də qərb istiqamətində təklif etdiyi dəmiryol-konteyner yükdaşımalarının bütün növləri - quru, tanker və konteyner yükləri, eləcə də loqistika xidmətləri əyani şəkildə təqdim edilir. Bizim məsləhətçilər bütün maraqlananları şirkətin fəaliyyəti ilə tanış etməyə hazırdırlar. Onu da qeyd edim ki, bizim əsas üstünlüklərimizdən biri (yüksək keyfiyyətə xələl gətirmədən) aşağı tariflər təklif etməyimizdir.
“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin törəmə şirkəti – “Trans Caucasus Terminals” ASC 2009-cu ildə təsis edilmişdir və yüklərin bütün dünya üzrə “qapıdan qapıya” kompleks inter-modal daşınmasını həyata keçirir. Şirkət hazırda bütövlükdə Gürcüstan ərazisində konteyner terminalları və anbarları idarə edir. “Trans Caucasus Terminals” ASC konteyner parkına malikdir və məhz bu konteynerlər vasitəsi ilə yüklərin Avropadan Mərkəzi Asiya ölkələrinə daşınmasını həyata keçirir. Biz öz tərəfdaşımızla birlikdə müntəzəm olaraq Poti-Bakı / Keşlə istiqamətində blok qatarlarla konteyner daşımalarını həyata keçiririk.