Çoxsaylı faydalı məlumatlar toplandı!

Çoxsaylı faydalı məlumatlar toplandı!

2 i̇yun 2022 0000

Nemət İsmayılov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin naviqasiya təhlükəsizliyi üzrə mühəndisi

- Sərgiyə, ilk növbədə dənizdə təhlükəsizlik olmaqla nəqliyyat sahəsindəki yeniliklərlə tanış olmaq üçün gəlmişəm. Yerli və xarici şirkətlər limanların və obyektlərin təhlükəsizliyi, mühafizə dəstələrinin istifadə etdiyi kombinezon və avadanlıqlar və s. haqqında çoxlu yeni maraqlı məlumatlar təqdim edir.

Biz SOCAR şirkətləri ilə sıx əməkdaşlıq edirik və onların stendində müxtəlif yenilikləri gördüm. İndi mən bütün bu məlumatları yenidən nəzərdən keçirəcəyəm və bu, mənim üçün bir növ bələdçi olacaq, ondan istifadə ilə bağlı əlavə tədbirlər görəcəyəm.

Belə sənaye sərgilərinin keçirilməsini çox vacib hesab edirəm. Müəyyən bir ölkəni təmsil edən şirkətlərin kiçik stendlərində belə siz ölkədən çıxmadan sərgi məkanında qiymətli məhsul və xidmətlərlə tanış ola bilərsiniz. Sənaye sektoru peşəkarları ilə canlı ünsiyyət isə hər xırda şeyi müzakirə etməyə, hər hansı vacib faktı  dialoq halında aydınlaşdırmağa imkan verir.

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN