Alla Kupriy, Ukrayna, Axtarış-xilasetmə xidməti
– Mən Bakıda tez-tez qonaq oluram və bu gün sərgiyə dəvət əsasında gəlmişəm. Ümumiyyətlə, sərgilər ilk növbədə gələcək işimizdə müasir, beynəlxalq tələblərə uyğun hərəkət etmək üçün istifadə edə biləcəyimiz yeni texnologiyaları öyrənmək baxımından əla fürsət yaradır. Bizim şirkət yeni katerlərin inşasını planlaşdırdığından, burada Dəniz Mühəndisliyi Bürosunun nümayəndələri ilə ünsiyyət qurmaq və onlarla fikir mübadiləsi aparmaq mənim üçün faydalı oldu. Azərbaycan Təhlükəsizlik Agentliyindən əldə etdiyim məlumatlar da məndə maraq doğurub.