İvan Kryukov, “Ukrayna Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin marketinq departamentinin müdir müavini
– “Ukrayna Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (“Укрзализныця”) Bakıda keçirilən beynəlxalq “TransCaspian/Translogistica 2017” sərgisində debüt edir. Bu il bizim təşkilatda “Ukrayna Dəmir Yoları” Açıq Səhmdar Cəmiyyətini yeni səviyyəyə qaldırmaq üçün marketinq departamenti yaradılıb. Bu strategiya çərçivəsində (builki fəaliyyətimizin başlanğıcı kimi) Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisində bizim üçün stend ayrılıb. Biz öz stendimizdə nəqliyyat-loqistika xidmətlərini təklif edirik. “Ukrayna Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə yük daşımaları və loqistika ilə məşğul olan – “Nəqliyyat loqistikası mərkəzi” (“NLM”) və Liski “Nəqliyyat xidməti mərkəzi” kimi iki struktur bölmə daxildir. Stendimizdə bu bölmələrin fəaliyyəti və xidmətləri barədə də məlumat verilir.
Sərginin eksponentləri arasında iştirakımızın məğzini “Укрзализныцы” ASC-nin etibarlı tərəfdaş kimi nüfuzunun dəstəklənməsi təşkil edir. Biz həmçinin tərəfdaşların, o cümlədən Azərbaycanın diqqətini cəlb etmək və onlarla münasibətlər qurmaq niyyətindəyik. Biz sərgiyə qədər ali rəhbərlik səviyyəsində bir sıra ikitərəfli görüşlər keçirmişik. Biz xüsusilə Ukrayna, Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü olan “Yeni İpək Yolu” layihəsinin reallaşdırılması çərçivəsində bu əlaqələri dəstəkləmək istəyirik.
Biz sərgidə öz yüklərinin Ukrayna ərazisindən daşınmasına, o cümlədən Avropa tranzitinə ehtiyac duyan bütün iştirakçılar ilə ünsiyyət qurmaqda maraqlıyıq. “TransCaspian/Translogistica 2017” sərgisi Asiya bazarındakı nəhəng şirkətlərin ünsiyyət qurması üçün əsas platformadır. Bu sərginin köməyi ilə çoxsaylı əlaqələr qurmaq və region bazarlarındakı mövqeyi təsdiq etmək mümkündür.