Vüqar Hüseynov, Biznesin İnkişafı üzrə Menecer (Nəqliyyat Logistikası), “Sara Logistics”
“Sara Logistics” Azərbaycan Dəmir Yolları QSC-nin yük agentidir. Dəmir yolu vasitəsilə keyfiyyətli yükdaşıma xidmətləri göstərmək məqsədi ilə yaradılmışdır. Şirkətimiz Çindən Azərbaycana və Avropaya, Rusiyadan Cənub-Şərqi Asiya ölkələrinə, İrana, İraqa, Əfqanıstana malların çatdırılması ilə məşğul olur.
Bundan əlavə, şirkətimiz etibarlı anbar xidmətləri göstərir, Həştərxanda terminala və açıq yük vaqonları, vaqon konteynerlər də daxil olmaqla qatar vaqonlarına malikdir.
Şirkətin fərqləndirici xüsusiyyəti İran, İraq, Rusiya, Türkiyə və digər ölkələrdə geniş nümayəndəliklər şəbəkəsinin olmasıdır ki, bu da bizə daşıma prosesini operativ şəkildə təşkil etməyə, eləcə də dəmir yolu terminalları limanlarındakı yükləri müstəqil idarə etməyimizə və xidmət göstərməyimizə imkan verir. Nümayəndəliklər şəbəkəsi hüquqi məsələlərin operativ həllini və bank əməliyyatlarının həyata keçirilməsini təmin edir. Başqa sözlə, biz malları operativ şəkildə çatdırırıq və bütün əlaqəli məsələləri tez həll edirik.
“Translogistica Caspian” sərgisinin keçirilməsi xarici şirkətlərlə əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb edir, çünki iş adamları arasında birbaşa ünsiyyət biznes qurmaq üçün həmişə səmərəli olur. Bundan əlavə, bu cür sərgilər həmişə iştirakçılar arasında birbaşa müqavilə bağlaya biləcəyimiz yeni müştərilər tapmaq üçün bir fürsətdir.