Gəmiçiliyin maliyyə hesabatı müsbət rəy alıb

Gəmiçiliyin maliyyə hesabatı müsbət rəy alıb

8 may 2017 0000

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  2016-cı il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub. Auditi dünyada böyük nüfuza malik “Ernst & Young” şirkəti aparıb.

“Ernst & Young” şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin  Gəmiçiliyin rəhbəri Rauf Vəliyevlə  görüşündə bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb və  bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.

Sözügedən hesabat Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi internet səhifəsində yerləşdirilib.  (http://www.acsc.az/maliyye/2016_az2.pdfhttp://www.acsc.az/maliyye/2016_en2.pdf)

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2014-cü il tarixli 321 nömrəli qərarı ilə təsdiq olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların tərkibinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxil edilib.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN