Geniş filtr çeşidləri

Geniş filtr çeşidləri

26 aprel 2017 0000

Vaqif Məlikov, “ASFil” şirkətinin meneceri

– “ASFil” şirkəti 2003-cü ildə təsis edilib və həmin gündən etibarən filtr sektoru üzrə ixtisaslaşmışdır. Bizim şirkət 2014-cü ildə bütün dünyada tanınan Amerikan markası “Donaldson” şirkəti ilə rəsmi işgüzar cəmiyyət yaradıb. Bu gün isə biz “TransCaspian/Translogistica 2017” sərgisində məhz bu brendin filtrlərini təqdim edirik. Bunlar yağ, yanacaq və hava təmizləyən filtrlərdir. “Donaldson” şirkəti ağır texnika üçün məhsullardan tutmuş minik avtomobillərinə qədər geniş texnika spektri üçün hazırlanmış məhsulları ilə tanınır. Bu sərgi üçün hazırlanmış ekspozisiyada ziyarətçilərə məhz yük maşınları üçün filtrlər təklif olunur. Şirkətimiz Azərbaycan bazarında 10 ildir ki, fəaliyyət göstərir, lakin buna baxmayaraq, hələ də çoxsaylı potensial müştərilər mövcuddur və biz həmin müştəriləri cəlb etmək üçün bu sərgidə iştirak edirik. Tədbir bizim məhsullara maraq göstərən şəxslər və alıcıların sayını əhəmiyyətli dərəcədə artırmaq iqtidarındadır. Biz sərginin yeni iştirakçısı olsaq da, digər brendlərlə də əməkdaşlıq edirik və buna görə də növbəti sərgilərdə iştirak etmək və digər markaların məhsullarını da təqdim etmək niyyətindəyik. Məqsədimiz öz texniki biliklərimizə əsaslanaraq müştərilərimizə yüksək səviyyəli xidmət göstərməkdir!


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN