Kamran Zamanov, “Silkway Group” şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr üzrə direktoru
– “Silkway Group” şirkətinin birgə stendində bir neçə şirkət təmsil olunur. İki yük şirkəti: Qərb istehsalı olan hava gəmiləri (Boing 747 F) vasitəsi ilə hava daşımalarını həyata keçirən “Silk Way West Airlines” və Şərq istehsalı olan hava gəmiləri (IL 76) ilə yük daşıyan “Silk Way Airlines” şirkətləri; Heydər Əliyev Beynəlxalq Hava Limanı; “Silk Way Ground Handling Company” - sərnişinlərə və hava gəmilərinə yerüstü xidmət göstərən ən böyük regional təchizatçı; “SW Business Aviation” (“Gulfstream” təyyarələri); “Baku Cargo Terminal” loqistika mərkəzi; quruda, eləcə də dənizdə yerləşən qazma platformalarında uçuş və enişləri reallaşdıra bilən, sərnişin və yüklərin daşınmasını həyata keçirən “Silk Way Helicopter Services” şirkəti. Həmçinin, arzu edənlər Azərbaycanın bölgələrinə ekskursiya etmək üçün vertolyot icarəyə götürə bilərlər.
Biz “Silkway Group” brendi altında sərgidə debüt edirik və bu yaxınlarda “Beş ulduz” statusuna layiq görülən, şirkətimizin logistika mərkəzi sayılan Heydər Əliyev Beynəlxalq Hava Limanının xidmətlərinə xüsusi diqqət yetirməklə, şirkətimizin şöbələri tərəfindən göstərilən xidmətlərin geniş çeşidini nümayiş etdirmək istəyirik.
Yüklərin beynəlxalq hava daşımaları, biznes aviasiya xidmətləri, həmçinin “Silkway Group” şirkəti ilə digər aviasiya sahələrində əməkdaşlıq qurmaqda maraqlı olan təşkilatların nümayəndələri stendimizdə gözləyirik.