İnnovasiyalar həmişə maraq doğurur!

İnnovasiyalar həmişə maraq doğurur!

13 i̇yun 2018 0000

Azat Janahmetov, “KazTransOil” şirkəti, Qazaxıstan

– Biz Bakıya qonaq gəlmişik və bu sərginin maraqlı bir tədbir olacağını düşünərək onu ziyarət etmək qərarına gəldik. Tədbirin tematikası da qismən bizim fəaliyyətimizlə bağlıdır. Sərgi kifayət qədər kompaktdır və burada əsasən loqistika sahəsi təqdim edilir. Biz burada daha çox neft-qaz nəqli ilə məşğul olan şirkətləri görməyi planlaşdırırdıq, lakin bizim spesifikamıza heç də az faydalı olmayan digər sahələri gördük. Mən “Paya Tədbir Pakan” şirkətinin stendini və quraşdırılmış hərəkət edən kameranı xüsusən qeyd etmək istərdim. Stendlərdə maketlər, hərəkət edən mexanizmlərin quraşdırılması maraq doğurur. Bu, ekspozisiyaları maraqlı və baxımlı edir. Biz bu yeni məhsulların sərgi stendlərində peşəkar işçilər tərəfindən təqdim edilməsini çox vacib hesab edirik.

 


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN