İran ilə Azərbaycanın nəqliyyat sahəsindəki əməkdaşlığı uğurla davam edir.
“Mehr” xəbər agentliyi İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iki ölkə arasındakı əməkdaşlıq tərəflər üçün çox faydalıdır.
Bildirilib ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istifadəyə veriləndən sonra İran Astarasında böyük terminalın tikintisinə başlanılıb.
Azərbaycan Dövlət dəmir Yolları QSC ilə İran Dövlət Dəmir Yolları İdarəsi arasında imzalanan anlaşmaya əsasən Azərbaycan terminalın tikintisinə 60 milyon dollar həcmində sərmayə yatıracaq. Terminalın İran ərazisində tikilməsinə baxmayaraq bundan hər iki tərəf istifadə edəcək. Gələcəkdə bu terminal vasitəsilə İran Azərbaycandan tranzit keçməklə 2 milyon ton yük ixrac edəcək.