Aydın Baghırov, “Alliance Logistics Ltd” analitik şöbəsinin müdiri
“Alliance Logistics Ltd” ən yüksək keyfiyyət standartlarına cavab verən yük daşımalarında ixtisaslaşmışdır. Təcrübəli əməkdaşlarımız dəmir yolu, dəniz və avtomobil nəqliyyatından istifadə etməklə müxtəlif növ yüklərin daşınmasını həyata keçirir. Yüksək keyfiyyətli xidmətlərlə yanaşı, sərfəli qiymətlər də təklif edirik. Xidmətlərimizin siyahısına ekspedisiya üzrə konsaltinq, ekspeditorluq xidmətləri, o cümlədən vaqon, konteyner və yük maşınının subicarəsi, gömrük rəsmiləşdirilməsi, neft terminalları vasitəsilə yüklərin daşınması, terminallar vasitəsilə yenidən yüklənməsi və dəniz limanlarında texniki xidmət kimi əlaqəli xidmətlər daxildir.
“Alliance Logistics Ltd”-nin üstünlüyü onun yüzlərlə qapalı vaqonunun, eləcə də Qazaxıstan, İran, Rusiya, Gürcüstan, Çin və bir sıra Avropa ölkələrində geniş tərəfdaş şəbəkəsinin olmasıdır.
Şirkətin “TransLogistica”-da iştirakının əsas məqsədi şirkətimizin təqdim etdiyi xidmətlərlə maraqlanan sərgi iştirakçıları ilə birbaşa görüşlər təşkil etmək imkanıdır. Qeyd edim ki, hətta qeydiyyat zamanı bir sıra şirkətlər özləri bizimlə B2B formatında görüş keçirmək istəyini bildirdilər.
Biz pavilyonun quraşdırılmasından tutmuş bu günə kimi bütün mərhələlərdə sərginin təşkili səviyyəsini yüksək qiymətləndiririk. Bu cür tədbirlər şirkətlər arasında əlaqələrin qurulması və potensial müştərilərlə görüş üçün böyük əhəmiyyət kəsb edir.