Anet Mədinə, “Semurq Invest” şirkətlər qrupunun baş direktoru
“Semurq Invest”, Aktau şəhərindən 70 km məsafədə yerləşən Kurık limanında çoxfunksiyalı Sarja dəniz terminalının tərtibatçı və inşaatçı şirkətidir. Limanımız və yeni terminallarımız Transxəzər marşrutunun (Orta Dəhliz) potensialını ildə 7 milyon ton artıracaq ki, bu da bütün Xəzəryanı ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Biz ilk dəfədir ki, Bakıya gəlmişik və şirkətimizi təqdim etmək, Kurıkdan Bakıya, oradan da Avropaya uzanan marşrut xətti haqqında danışmaq, terminalın tutumunun və ötürmə qabiliyyətinin artırılması, eləcə də Azərbaycan şirkətləri ilə perspektiv əməkdaşlıq haqqında danışmaq istəyirik.
Biz may ayında Azərbaycana gəldik, bütün limanlarda, terminallarda olduq. Biz planlarımızı bölüşdük və indi Azərbaycanın logistik şirkətləri və limanları ilə danışıqlar aparırıq.
Debütantlar olaraq biz “TransLogistica”nın infrastrukturu və təşkili ilə bağlı hər şeyi çox sevirik. Əhatə dairəsi, şübhəsiz ki, təsir edicidir. Qeyd etmək istərdim ki, əlaqədar fəaliyyət sahələrinə aid olan sərgilərin birləşdirilməsi qərarı çox uğurlu olmuşdur. Bütün sahələrin bir-birinə bağlı olduğunu nəzərə alsaq, bu, işgüzar münasibətlərin qurulması baxımından əlverişlidir. Sərgi çərçivəsində keçirilən panel və sessiyalarda özümüzü ifadə etmək fürsəti verdiyinizə görə minnətdarıq.