Moskva şəhərində “Azərbaycan dəmir yollari» QSC-nin sədri Cavid Qurbanov və “Rusiya dəmir yollarI” ASC-nin prezidenti Oleq Belozerov arasinda görüş keçirilmişdir

Moskva şəhərində “Azərbaycan dəmir yollari» QSC-nin sədri Cavid Qurbanov və “Rusiya dəmir yollarI” ASC-nin prezidenti Oleq Belozerov arasinda görüş keçirilmişdir

6 oktyabr 2015 0000

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və  “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Oleq Belozerov arasında ikitərəfli  görüş keçirilmişdir.

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Oleq Belozerov çıxış edərək Rusiya və Azərbaycan dəmir yolları arasında mövcud olan əlaqələrdən danışmışdır.

Görüşdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında və “ADY” QSC-nin Rusiya şirkətləri ilə iqtisadi əlaqələri   barədə ətraflı məlumat vermişdir.

Daha sonra dəmir yolu sahəsinin inkişaf etdirilməsi, Rusiya -Azərbaycan dövlətlərin ərazisindən daşınan  sərnişin və tranzit yüklərin həcminin artırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri  müzakirə olunmuşdur.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN