Müasir Xəzər qovşağının innovasiyaları

Müasir Xəzər qovşağının innovasiyaları

11 i̇yun 2018 0000

Şatlık Karabeqov, Türkmənistanın Dövlət Dəniz və Çay Nəqliyyatı Xidmətinin Xarici iqtisadi əlaqələr departamentinin baş mütəxəssisi

– 2018-ci ilin may ayında açılan Türkmənbaşı Beynəlxalq Dəniz Limanı innovativ avadanlıqları ilə fərqlənir və malların daşınması və saxlanması üçün geniş imkanlar təklif edir. Belə ki, ümumi yük terminalında uzunluğu 625 metr olan gəmilər üçün dayanacaq yeri var. Bu dayanacaq eyni anda 5000 dedveyt ağırlığında yük daşıyan dörd gəmini yükləmək və boşaltmaq üçün nəzərdə tutulub. Burada “Liebherr” markalı boşaltma kranları quraşdırılmışdır. Açıq yük terminalında taxıl, yem, un, kimyəvi məhsullar və sement saxlamaq üçün xüsusi texnologiyalar, həmçinin “Bedeschi” (İtaliya) şirkətinin konveyer sistemi quraşdırılıb. Türkmənbaşı Beynəlxalq Dəniz Limanının əsas terminallarından biri olan Konteyner terminalında “Terminal operating system” prosesləri avtomatlaşdırma sistemi quraşdırılıb.

Həmçinin limanda Gəmilərin Yerdəyişməsini İdarəetmə Sistemi (GHİS) - naviqasiya təhlükəsizliyinin yaxşılaşdırılması, ətraf mühitin mümkün mənfi fəsadlardan qorunması və naviqasiya və yük daşınmasının səmərəliliyinin artırılması üçün zəruri olan müasir avtomatlaşdırılmış sistem tətbiq olunur. Sistem gəmilərin hərəkəti üzərində operativ nəzarəti təmin edir və hərəkət qrafikini planlaşdırmağa imkan verir.

Digər yenilik isə beynəlxalq standartlara cavab verən müasir texnoloji avadanlıq və avtomatlaşdırılmış sistemlərin tətbiq edildiyi, eni 20 metr və uzunluğu 160 metr olan 4-6 gəminin tikintisi üçün nəzərdə tutulmuş Türkmənbaşı Beynəlxalq Dəniz Limanının gəmiqayırma və dəmir yolu zavodudur. Bu istehsal müəssisəsi ildə 2 min ton polad emal etməklə maksimum 20-30 gəmiyə servis və təmir xidməti təklif edə bilər.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN