Sergey Klimenko, Kryukov Vaqonqayırma Zavodu (“Крюковский вагоностроительный завод”) ASC-nin reklam bürosunun rəhbəri
– Ukraynanın Kryukov Vaqonqayırma Zavodu (“Крюковский вагоностроительный завод”) ASC Kremençuq şəhərində yerləşir və hazırlama və istehsaldan sonrakı texnoloji xidmətlə müştəriyə hazır məhsulların çatdırılmasına qədər tam istehsal prosesini təmin edir. Şirkət nəqliyyat vasitələrinin, o cümlədən dəmiryol hərəkət heyətinin (yük və sərnişin vaqonları, lokomotiv qoşquları, elektrik qatarları, dizel qatarları, metro vaqonları), eləcə də eskalatorların istehsalını həyata keçirir.
“TransCaspian-2018” sərgisində iştirak etməkdə məqsədimiz Azərbaycan bazarının nümayəndələri ilə işgüzar əlaqələrin qurulması, yeni müştərilərin, tərəfdaşların qazanılması, məhsul tədarükünün və / və ya birgə istehsalın təmin edilməsidir.
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycanın Dəmir Yolları” QSC-nin, eləcə də Bakı Metropoliteninin nümayəndələri bizim stendimizi ziyarət ediblər. Deyə bilərik ki, biz artıq planladığımız hər kəslə görüşmüşük. Eyni zamanda, yük vaqonlarının alınması ilə maraqlanan, yük daşımaları ilə məşğul olan şirkətlərin nümayəndələrini stendimizdə görməkdən məmnun olarıq.