Svetlana Omelçenko, QSC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri
- “Transmaşholdinq” QSC beynəlxalq “TransCaspian/Translogistica” sərgisinin daimi iştirakçılarından biridir. Şirkət şəhərətrafı və regionlararası əlaqə üçün elektrik və dizel qatarları, sabit/dəyişən cərəyan ilə işləyən yük və sərnişindaşıma lokomotivləri, elektrovozlar, teplovozlar, metro vaqonları, sərnişin və yük vaqonları, Soçi Olimpiadası çərçivəsində özünü doğrultmuş ikimərtəbəli vaqonların istehsalını həyata keçirir. Biz həmçinin təqdim etdiyimiz texnikalar üçün geniş ləvazimat çeşidini də təklif edirik.
Bu il stendimizdə yeni istehsal edilmiş metro qatarları təqdim olunur. Biz bu layihələrdən birini şirkətimizin tərəfdaşı olan Fransanın “Alstom” şirkəti ilə birlikdə reallaşdırmışıq - söhbət artıq Bakı metropolitenində istifadə olunan və müasir dizaynlı interyer və eksteryeri olan yeni qatarlardan gedir. Digər layihə isə cari ilin aprel ayında Rusiyanın paytaxtında istifadəyə verilmiş, salonunda hətta “qadcet” akkumulyatorlarını yükləmək üçün “USB” portları olan yeni “Moskva” seriyalı qatarlardır.
Məqsədimiz sərgidə artıq özünü doğrultmuş metro vaqonları ilə yanaşı, Azərbaycan üçün bütün məhsul spektrini təklif etməyə hazır olduğumuzu bəyan etməkdir. Stendimizdə bizim məhsullara maraq göstərə biləcək “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Metropoliteninin nümayəndələrini görməkdən məmnun olarıq.
Biz sərgini çox bəyəndik və tədbirin ilk iş günündə “Transmaşholdinq” şirkətinin məhsullarını stendimizi ziyarət edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim etdik. Biz ən ümdə arzu və ümidlər bəsləməklə yanaşı, gələn il keçiriləcək sərgidə də iştirak etmək niyyətindəyik.