Sədr müavini: "Xəzər üzərindən ildə 5 milyon tona yaxın yük daşınır"

Sədr müavini: "Xəzər üzərindən ildə 5 milyon tona yaxın yük daşınır"

10 dekabr 2015 0000

"Xəzər dənizində daşınmalar iki istiqamətdə - Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində həyata keçirilir".

 

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Fərhad Quliyev Bakıda keçirilən İxracatçılar Klubunun iclasında bildirib.

 

F. Quliyev bildirib ki, Bakı-Aktau istiqaməti üzrə daşımalar 20-24 saata, Bakı-Türkmənbaşı istiqaməti üzrə isə 10-15 saat ərzində həyata keçirilir. "İldə ümumilikdə 5 milyon tona yaxın yük daşınır", - deyə sədr müavini bildirib.

 

Vaqon daşımalara gəlincə, F. Quliyev bildirib ki, TIR daşınmaları da həmin iki istiqamət üzrə həyata keçirilir: "İl ərzində TIR-larla daşınan yüklərin həcmi 2 milyon tona çatır".

 

Bundan başqa, onun sözlərinə görə, cari ildə 50-70 min vaqon daşınıb.

Sosial səhifələrdə paylaş


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN