Rövşən Sultanov, “SG Logistics” (Bakı) şirkətinin direktor müavini
- Mən hər il “TransCaspian” sərgisini ziyarət edirəm. Həmişə olduğu kimi, sərgidə əla təşkilatçılığı və peşəkar yanaşmanı qeyd etmək istəyirəm. Şübhəsiz ki, mən buraya ilk növbədə yeni əlaqələr tapmağa gəlmişəm. Rusiya, Ukrayna və Belarus kimi ölkələri təmsil edən şirkətlərin nümayəndələri mənim üçün maraqlıdır. Onlarla mənim üçün zəruri olan görüşlər keçirmək vacibdir. Hər il sərgilər sayəsində faydalı işgüzar əlaqələr qurmağa, tərəfdaş bazasını genişləndirməyə nail oluram. Bu, gələcək işdə bizə kömək edir. Ümumiyyətlə belə tədbirlər böyük informasiya axınını təmin edir. Burada hazırki sektorun bütün ən yeni və ən vacib məsələlərini öyrənmək mümkündür. Yeni istehsalçılar, layihələr, şirkətlər...beləliklə, xoş isti mühitdə səmərəli iş görürsən.