Sərgidə işgüzar və mehriban ab-havahökm sürür.

Sərgidə işgüzar və mehriban ab-havahökm sürür.

4 i̇yun 2022 0000

 

 

 

 

 

 

 

Söhrab Allahverdiyev, “Delta-ASM” şirkətinin Baş İcraçı Direktoru

- Sərgi ölkənin nəqliyyat sənayesində hər zaman mühüm hadisə olmuşdur və o, bütün dünyanın diqqətini cəlb edir!

Şirkətimiz gəmilərin, yaxtaların, barjaların və bütün dəniz strukturlarının tikintisi, təmiri, texniki baxımı və dizaynı üzrə xidmətlər göstərir. Burada keçirilən “TransLogistika” sərgisində biz yeni tanışlıqlar axtarır, yeni əlaqələr qurur və mövcud tərəfdaşlarımızla əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirik. Onların arasında bizim fəaliyyət göstərməyimiz üçün zəruri olan bir çox material və xidmətlərin təchizatçıları var. Çox mühüm məsələ də odur ki, sərgidə məhsullarını vasitəçilər yolu ilə aldığımız şirkətlərlə görüşdük. İndi onlarla birbaşa əlaqələr qurulub, bu da təbii ki, məhsullarımızın son qiymətinə müsbət təsir göstərəcək.

Sərgidə hökm sürən işgüzar və eyni zamanda mehriban ab-hava çox xoş təəssürat yaratdı. Biz ilk dəfədir ki, bu tədbirə baş çəkdik və indi növbəti sərgidə öz stendimizin təşkili məsələsini həmkarlarımızla müzakirə edirik. Düşünürəm ki, bu iştirak şirkətimizin inkişafı və bazarda öz potensialımızı nümayiş etdirməsi baxımından faydalı ola bilər.


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN