Sərgidən səmərəli nəticələr gözləyirik!

Sərgidən səmərəli nəticələr gözləyirik!

11 i̇yun 2018 0000

Tural Məmmədov, “Ikra Lojistik” şirkətinin satış departamentinin rəhbəri

– “Ikra Lojistik” şirkəti nəqliyyat daşımaları ilə məşğul olur və sərgidə dəmir yolu və dəniz nəqliyyatı, hava nəqliyyatı, multimodal nəqliyyat, neft və çox ağır yüklərin daşınması, çeşidlənməsi və s. kimi xidmətlərini təqdim edir. Şirkət, həmçinin Aktau, Böyük Britaniya, Almaniya, İraq və digər ölkələrdə anbar xidmətlərini təklif edir.

Bizim stendimizdə “İkra Lojistik” şirkətinin həyata keçirdiyi ən mühüm layihələr, məsələn, Bakı alov qüllələri, Dövlət Bayrağı Meydanı, “SOCAR” şirkətinin neft layihələri, İmişli şəkər zavodu, Şahdağ Turizm Kompleksi, Park Bulvar Ticarət və Əyləncə Mərkəzi, “Qalaalti Hotel & Spa” mərkəzi və bir sıra digər layihələr ilə tanış ola bilərsiniz.

Yeni müştərilərin cəlb edilməsi şirkət üçün məqsədəuyğundur. Sərginin ziyarətçiləri arasında qida, tikinti, neft və qeyri-neft və iqtisadiyyatın digər sahələrində, bir sözlə nəqliyyata ehtiyacı olan hər kəs bizi maraqlandırır. Bundan başqa, biz maraqlı təşkilatlarla tərəfdaşlıq əlaqələri qurmaq istəyirik.

Sərgi çox canlı keçir, biz stendimizə maraq müşahidə edirik. Şirkət artıq bu sərgidə uğurlu iştirak təcrübəsinə malikdir - iki il əvvəl biz bir çox yeni müştərilər qazandıq. Bu il də eyni və daha da əhəmiyyətli nəticələr gözləyirik.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN