“Transcaspian” və “Road&Traffic” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi

“Transcaspian” və “Road&Traffic” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi

10 i̇yun 2019 0000

10 iyun 2019-cu il tarixində, saat 11:00-da “Hyatt Regency” mehmanxanasında 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, “Transcaspian/Translogistika” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat, “Road&Traffic” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında cənab Fərid Məmmədov – Caspian Event Organisers şirkətinin baş direktoru, cənab Azər Əliyev - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri, cənab Həbib Həsənov - Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri və xanım Səbinə Rzayeva – layihə rəhbəri çıxış ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 30-dan artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında Aztv, Azərtac, ARB, CBC, Lider TV, Real TV, Salamnews.az və s.  


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN