“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi iclası keçirilib

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi iclası keçirilib

8 sentyabr 2017 0000

Bu gün “ Avropa-Asiya arasında inteqrasiya olunmuş nəqliyyat dəhlizləri” II Beynəlxalq Nəqliyyat Konfransı çərçivəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin ümumi iclası keçirilib.

Ümumi iclasın işində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Polşa və Ukraynanın dəmir yolları, gəmiçilik şirkətləri  və limanların nümayəndələri iştirak ediblər. 

Tədbirdə ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov,  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər.

Toplantıda Azərbaycan  şirkəti olan «ADY Container» MMC-nin   Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna yeni üzv kimi daxil olması haqqında qərar qəbul edilib. Tədbirdə yükdaşıma texnologiyalarının təkmilləşdirilməsi sahəsində digər vacib qərarlar verilib.

Görüş iştirakçıları bildiriblər ki, TBNM intensiv şəkildə inkişaf edir. Marşrut üzrə texniki məqamlar və vahid tarif siyasəti təkmilləşdirilib və bunun üçün də marşrutun gələcək perspektivləri çox böyükdür.

Eyni zamanda ümumi qərarla, Transxəzər Beynəlxalq Marşrutun Avrasiya məkanında tanıdılması və inkişaf etdirilməsi  məqsədi ilə  marşruta “Middle corridor” adı verilib. 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN