“Uralvaqonzavod” korporasiyasının istehsalı olan yüz növ məhsul

“Uralvaqonzavod” korporasiyasının istehsalı olan yüz növ məhsul

13 may 2015 0000

Oleq Siyenko, “Uralvaqonzavod” korporasiyasının baş direktoru

- Ötən il müəssisəmiz Birinci Azərbaycan “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisində iştirak edirdi. “TransCaspian 2015” sərgisi çərçivəsində isə biz ilk dəfə təmsil olunuruq. Çoxixtisaslı maşınqayırma kompleksi olaraq, “Uralvaqonzavod” korporasiyası 100-ə yaxın növdə məhsul, o cümlədən hərbi texnika, yol tikintisi maşınları, bütövlüklə metaldan olan açıq vaqonlar, xüsusi vaqonlar və dəmir yolu sisternləri istehsal edir. Həmçinin, müəssisəmiz “Azərbaycan Dəmir Yolları” QSC ilə fəal əməkdaşlıq edir və sözügedən səhmdar cəmiyyətlə bir il ərzində 2,9 min müxtəlif növ yük vaqonunun təchiz edilməsi haqqında müqavilə bağlamışdır (cəmi 3 il ərzində isə 14 min vaqon təchiz olunacaq).

Bizim ekspozisiya iki hissədən ibarətdir. Bizim pavilyonunun yaxınlığında, açıq meydançada ziyarətçilərə qaz və neft məhsullarının bir neçə nəqliyyat növü vasitəsi ilə (multi-modal) daşınması üçün iki universal sisternlərin,  eləcə də manevrli teplovozun səmərəli alternativi olan “TMB-2” markalı dartqılı vaqon modulu təqdim olunur. Ekspozisiyanın yerdə qalan hissəsi Bakı dəmiryol sərnişin platformasında nümayiş etdirilir. Bunlar “Azərbaycan Dəmir Yolları” QSC ilə yuxarıda qeyd olunan saziş çərçivəsində təchiz olunan dörd real model nümunəsidir. Sərginin üç günü ərzində bütün arzuedənlər platformada “12-132” tipli üstüaçıq vaqon, üstü örtülü vaqon, vaqon-platforma və özüboşaldan vaqonu görə biləcəklər.

Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın dəmir yolları kifayət qədər sürətlə və sabit şəkildə inkişaf edir və son zamanlar bu istiqamətdə xeyli iş görülüb. Bakı-Tbilisi-Qars və Cənubi Dəhliz dəmir yolları istismara buraxıldıqdan sonra bu sahənin inkişafına daha böyük təkan veriləcək. Hesab edirəm ki, yaxın gələcəkdə biz Azərbaycanda da bütün dəmir yol nəqliyyatı vasitələrinin (vaqonlar, lokomotivlər və s.) istehsalında inkişafın başlandığını görəcəyik. Bu isə nəqliyyat qovşağı üzərində yerləşən ölkə üçün təbii prosesdir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN