Səbinə Hüseynova, “AzRusTrans” QSC-nin marketing direktoru
“AzRusTrans” QSC - “Azərbaycan Dəmir Yolları” və “Rusaqrotrans” QSC-lər ilə birgə yaradılmış müəssisədir. Şirkətin əsas məqsədi – Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyə istiqamətlərində həyata keçirilən yük dövriyyəsində dəmir yolu nəqliyyatının payının artırılmasıdır. Şirkət müxtəlif növ yüklərin, o cümlədən taxıl və digər səpilən kənd təsərrüfatı yüklərinin, meşə və tikinti materiallarının, mineral gübrələrin, konteynerlərin, qablaşrıdılmış və maye yüklərin daşınmasını təşkil edir. Bundan əlavə, şirkət Azərbaycan və Rusiya əraziləri ilə tranzit daşımaları üzrə və limanlarda yükaşırma, vaqonların izlənilməsi, zəruri sənədlərin qeydiyyatı, həmçinin fitosanitar, baytar nəzarəti, gömrük, məsləhətçi, və s. xidmətlərin göstəriləsini də təşkil edir.
“AzRusTrans” QSC-nin sayəsində “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyə istiqamətlərində yük dövriyyəsində ikiqat artım gözlənilir. Burada, ən perspektivli Rusiya-İran (ilin sonunadək 2 mln. gözlənilir), Rusiya-Gürcüstan (1 mln. ton) və Rusiya-Türkiyə istiqamətləri üzrə taxıl daşımaları olacağı gözlənilir. “AzRusTrans” QSC “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə İrana və Gürcüstana əsasən taxıl və taxıl məhsullarında ibarət yüklərin daşınmasını planlaşdırır. Eyni zamanda, şirkət tərəfindən Azərbaycan – İran sərhədində illik 30 min ton taxıl tutumlu terminalın tikintisi nəzərdə tutulmuşdur. “AzRusTrans” QSC-nin taxıl terminalı İranın Bəndər-Abbas limanı (Rusiya mənşəli taxıl məhsullarının Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və s. ölkələrə ixrac olunacaq) üçün yükaşırma məntəqəsi kimi də fəaliyyət göstərəcəkdir.
Bu il bizim stenddə RTK şirkətlər qrupu təmsil olunmuşdur: “AzRusTrans”, “Rusaqrotrans”, “Transles” və “Astık Trans”. Bu sərgini, həmçinin bizim stendi müxtəlif ölkələrdən olan bir çox treyderlər ziyarət etmişlər. Biz çalışdıq ki, şirkətimiz və onun fəaliyyəti haqqında ətraflı məlumat verək və yeni mövsüm üçün müştərilərin istəklərinə dair bəzi məlumatlar əldə edək. Bizim bu sərgidə iştirakımız Azərbaycanın və regionun digər ölkələrinin dövlət nəqliyyat strukturları ilə görüşməyə, perspektiv infrastruktur layihələri, nəqliyyat texnologiyaları sahəsində yeniliklərlə, o cümlədən geniş miqyaslı yük sahiblərilə tanış olmağa imkan yaratmışdır.