Yüklərin MDB və Avropa ölkələri ərazisindən daşınmasının təşkili

Yüklərin MDB və Avropa ölkələri ərazisindən daşınmasının təşkili

13 may 2015 0000

Laslo Palko (Laszlo Palko), “Pacobo” şirkətinin Baş direktoru

– Unikal ekspeditor şirkəti olan “Pacobo” 1991-ci ildə təsis olunub. Biz “TransCaspian 2015” sərgisinin debütantlarından biriyik. Nəzərə alsaq ki, şirkət Ukrayna ilə Macarıstan, eləcə də Slovakiya və Rumıniya sərhədlərinin qovşağındakı Çop şəhərində yerləşir, bu sərgidə bütövlükdə Avropanı təmsil etdiyimizi deyə bilərik. Şirkətimizin əsas fəaliyyət növü MDB və Avropa ölkələri ərazisində dəmiryol və avtomobil nəqliyyatı vasitəsi ilə yükdaşımaların təşkili, eləcə də Lvov dəmir yolunun Çop stansiyasındakı şirkətə məxsus özəl yük terminalında terminal xidmətlərinin göstərilməsindən ibarətdir. Burada dəmiryol vaqonlarının təkərlərinin dəyişdirilməsi ilə yanaşı, yüklərin Avropa tipli vaqonlardan MDB ölkələrinin daha genişölçülü vaqonlarına, eləcə də avtomobil nəqliyyat vasitələrinə (və əksinə) boşaldılması işləri həyata keçirilir.

Bizim “TransCaspian 2015” sərgisində iştirak etməkdə əsas məqsədimiz Avropa-Azərbaycan istiqamətində əməkdaşlıq edə biləcəyimiz yeni müştəri və tərəfdaşlar tapmaqdır. Dünya iqtisadiyyatı və yüklərin nomenklaturası daim dəyişir, ixracatçıların yükdaşıma üzrə tələbləri artır və nəticədə yeni yük terminallarının tikintisinə ehtiyac yaranır. Biz bu sərgidə Bakıdan çox da uzaqda olmayan yeni terminalın tikilməkdə olduğunu öyrəndik və imkan daxilində bu layihə ilə daha yaxından tanış olmaq niyyətindəyik.

Şirkətimiz beynəlxalq yükdaşıma bazarında fəaliyyət göstərdiyi müddət ərzində həm standart, həm də böyük/kiçik ölçülü, qabaritsiz və tökmə yüklərin daşınmasının təşkili sahəsində zəngin təcrübə qazanmışdır. Mən əminəm ki, bu təcrübə “TransCaspian 2015” sərgisinin aidiyyəti olan ziyarətçilərini də yaxından maraqlandıracaq.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN