Yüksək sürətli elektrik qatarlarının istehsal sirləri (“nou-hau”)

Yüksək sürətli elektrik qatarlarının istehsal sirləri (“nou-hau”)

12 i̇yun 2018 0000

Sergey Klimenko, Kryukov Vaqonqayırma Zavodu (“Крюковский вагоностроительный завод”) ASC-nin reklam bürosunun rəhbəri

– Ukraynanın Kryukov Vaqonqayırma Zavodu (“Крюковский вагоностроительный завод”) ASC çox sayda istehsalat sirləri (“nou-hau”), patent və unikal texniki həll variantlarının sahibidir. Bakıda keçirilən “TransCaspian 2018” sərgisində nəqliyyat mühəndisliyi sahəsində bir sıra yenilikləri təqdim etməkdən məmnunuq.

Xüsusilə, motor-vaqon hərəkət heyəti – dəmir yolu şəbəkələrində sərnişin daşımalarını təmin etmək üçün nəzərdə tutulmuş, sürəti 250 km /saata çatan yüksək sürətli iki sistemli elektrik qatarlarını qeyd etmək lazımdır. Vaqonların korpusu paslanmayan poladdan hazırlanır. Qatar vaqonlarının konstruksiyası erqonomik, mikroiqlim, işıqlandırma, səs-küy və vibrasiya baxımından sanitar standartların tələblərinə, həmçinin bütün tamamlama və üzlük materialları təhlükəsizlik tələblərinə tam uyğundur. Müasir dizaynlı salonların interyerləri aşınmaya davamlı, ekoloji cəhətdən təmiz, çətin yanan plastik və metal plitələrdən istifadə edilməklə hazırlanmışdır. Zəruri hallarda, bu hissələr asanlıqla sökülür və onların istismarı zamanı vaqonların  həyat üçün əhəmiyyətli sistemlərinə çıxış təmin edilir.

Həmçinin qeyd edə bilərəm ki, asinxron dartı intiqallı (dəyişən cərəyanla işləyən) vaqonlar Bakı metropolitenində effektiv şəkildə istifadə edilə bilər.

Mən əminəm ki, müəssisəmizin məhsulları sərginin peşəkar ziyarətçilərinin diqqətini cəlb edəcək və biz səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq qura biləcəyik.

 


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN