Vahid Əliyev, layihələrə dəstək və Biznesin inkişafı söbəsinin mütəxəssisi
17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian / Translogistica 2018” sərgisində “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC nəqliyyat sahəsində fəaliyyət göstərən 5 startup layihə ilə təmsil olunur. “Wake me Up”, “Seattip”, “Velokuryer”, “YolGet” və “Avtomaks” layihəsi parkın stendində öz layihələrin sərgiləmişdirlər. Bundan əlavə olaraq Azərbaycan Texniki Universitetinin “Maşınların konstruksiyaedilməsi” kafedrasının layihələri və layihələrin prototipləri Parkın stendində sərgilənmişdir.
“Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin əsas məqsədi iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafının təmin edilməsi, yüksək texnoloji sahələrin inkişafının sürətləndirilməsi, digər sahələrin müasir texnologiyaların, yüksək texnologiyalı məhsul və xidmətlərin istifadə edilməsi hesabına stimullaşdırılması, elmi-texniki və innovasiya fəaliyyətinin, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, elmtutumlu və yüksəktexnoloji məhsulların istehsalının dəstəklənməsinin təşkil edilməsi, informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sənaye sahələrinin inkişafı üçün münbit şəraitin və infrastrukturun yaradılmasıdır. Sadalanmış prioritet sahələrdən əlavə bir sıra başqa sahələrində inkişafı nəzərdə tutulur. Bu sahələr
• LED texnologiyaları
• Nano texnologiyaları
• Robot və Mexanika
• Tibb sahəsində program təminatları
• Elektronik məhsulların tətqiqatı
• Animasiya filmlərin hazırlanması
• Program təminatları
• Mobil telefonlar üçün program təminatları
nəzərdə tutulur.
“Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin pavillionuna ziyarətçılər maraq göstərərək layihələrlə yaxından tanış olmuşdurlar. Sərgi yeni əlaqələrin qurulması və layihələrin nümayişi baxımından olduqca faydalı olmuşdur. Sərgi çərçivəsində bir sıra təşkilatlarla görüşlər keçirilmiş və əlaqələrin qurulması istiqamətində danışıqlar aparılmışdır.